Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Şirinova Sevda Şahmar qızı dərman içərək özünə qəsd edib.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəskin pisxotrop dərman zəhərlənməsi diaqnozu qoyulub.
Fakt araşdırılır.
Milli.Az