“Taliban” Avropaya ilk dəfə mal ixrac etdi

29 Mart 2022 08:22

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" qruplaşması Avropaya ilk dəfə mal ixrac edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən "Lapis-Lazuli" marşrutu ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.

Püstə, küncüt, zirə, xalça və badamdan ibarət daşınan yüklərin ümumi dəyəri 5 milyon ABŞ dolları qiymətləndirilir.

Telekanalın məlumatına görə, bu mal partiyası "Taliban" ölkədə hakimiyyətə gələndən sonra Əfqanıstandan Avropaya ilk ixracdır.

Milli.Az