Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Təhlə kəndindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Rəhman Məhərrəmovu avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qəzanı törədən sürücü avtomobili ilə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az