Goranboy sakinini qonaq getdiyi evdə əqrəb sancıb

29 Mart 2022 08:18

Goranboyda 59 yaşlı kişini əqrəb sancıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qazaxlar qeydə alınıb.

1963-cü il təvəllüdlü Abbasov Fərrux əqrəb sancması nəticəsində xəsarət alıb.

Kişi dərhal xəstəxanaya yerləşdirilib,vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görəz, 59 yaşlı kişini qonaq getdiyi evdə əqrəb sancıb.

Milli.Az