Bu yerlərdə qaz olmayacaq

28 Mart 2022 22:55

Sabah Neftçala rayonunun 4 kəndində qaz olmayacaq.

Milli.Az bildirir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Məlumatda bildirilir ki, Xıllı qəsəbəsində qaz kəmərinin yerinin dəyişdirilməsilə əlaqədar olaraq 29 mart tarixində saat 10:00-dan iş başa çatana qədər, rayonun Xıllı qəsəbəsi, Dördlər kəndi, Boyat kəndi və Ballıcallı kəndlərində umumilikdə 1 101 abonentin qaz təminatında fasilələr yaranacaq.

İşlər başa çatdıqdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.

Milli.Az