Ukraynanın “Mi-8” helikopteri vurulub

28 Mart 2022 20:54

Rusiya hərbi aviasiyası Ukraynanın Mariupol rayonu yaxınlığında "Mi-8" helikopterini vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

"Mariupol rayonunda Azov dənizi üzərində sahil xəttinin beş kilometrliyində öz tabeliyində olan "Azov" millibatalon komandirlərinin təcili evakuasiyası üçün göndərilən Mi-8 helikopteri vurulmuşdur", - deyə Konaşenkov brifinqdə bildirib.

Milli.Az