“Novaya qazeta” fəaliyyətini dayandırır

28 Mart 2022 20:00

Rusiyanın "Novaya qazeta" qəzeti fəaliyyətini dayandırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə qəzetin "Twitter" hesabında məlumat verilib.

"Roskomnadzor"dan növbəti xəbərdarlıq aldıq. Ukrayna ərazisində "xüsusi əməliyyat" başa çatana qədər biz qəzetin şəbəkələrdə və kağız üzərində nəşrini dayandırırıq. Hörmətlə, "Novaya qazeta"nın redaktorları", - paylaşımda qeyd olunub.

Milli.Az