Belarus "İsgəndər-M" raketlərini sərhədə yerləşdirir - Ukrayna Baş Qərargahı

28 Mart 2022 20:36

Belarusun Qomel vilayətində "İsgəndər M" zenit-raket komplekslərinin Ukrayna sərhədinə doğru yerləşdirilməsi müşahidə olunur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bundan başqa, Rusiyanın Sakit okean donanmasının və Qərb Hərbi Dairəsinin əlavə hərbi qüvvələri də Belarusun Kalinkoviçi şəhərinə yerləşdirilib.

Milli.Az