Əhalinin kredit təşkilatlarında 2 milyarddan çox əmanəti var
7 May 2010 14:11
Mərkəzi Bankın mətbuat xidmətinin məlumatına görə, bunun 2395,0 mln. manatı əhali tərəfindən yerləşdirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,0% çoxdur. Depozitlərin 2288,4 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür.
2010-cu il aprelin 1-nə banklara qoyulan əmanətlərin 980,6 mln. manatı (40,9%) manatla, 1414,3 mln. manatı (59,1%) isə xarici valyuta ilə cəlb edilib.
Milli.Az