Məşhur cütlük ayrılıb?

28 Mart 2022 14:36

Türkiyəli aktrisa Özge Yağızla nişanlısı, həmkarı Gökberk Demirci ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, iddiaların yaranmasına səbəb Özgenin nişanlısı Gökberklə olan bütün fotolarını sosial media hesabından silməsi olub. Lakin şəkillər aktyorun hesabında qalır və bir-birilərini izləməyə davam edirlər.

Cütlük məsələ ilə bağlı hələlik açıqlama verməyib.

Xatırladaq ki, Gökberk və Özge "Yemin" serialında tanış olub eşq yaşamağa başlayıb. Cütlük evlənməyə hazırlaşırdı.

Milli.Az