Xankəndi ermənilərindən qaza görə ödənişi necə yığacağıq? - AÇIQLAMA

28 Mart 2022 13:39

"Xankəndi şəhərinə və digər ətraf yaşayış məntəqələrinə bu gün qazın verilməsi test olunacaq".

Milli.Az bildirir ki, bunu Redaktor.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

"Test olunması ilə bağlı işlərin başa çatdırılmasını gözləyirik. Çox güman ki, bu gün baş tutacaq".

Xankəndidə yaşayan Azərbaycanın erməni vətəndaşlarından təbii qaza görə ödənişi necə yığacağımıza gəlincə, Eldəniz Vəliyev dedi ki, bu suala cavab vermək hələ ki, mümkün deyil:

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi hələ ki hadisə rayonunda baş vermiş fors-major halın aradan qaldırılması ilə məşğuldur. Əvvəlcədən planlaşdırılmış plana uyğun olmadığına görə, fors-major vəziyyətin nəticələrinin aradan qaldırılması işləri aparıldığına görə, verdiyiniz sualın cavabı hələ ki, məlum deyil".   

Milli.Az