Türkiyə sahillərində daha bir dəniz minası aşkar olunub

28 Mart 2022 12:18

Bu gün səhər saatlarında Türkiyənin Bolqarıstan sərhədinə yaxın İynəada şəhərinin sahilində mina aşkar edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə MN məlumat yayıb.

Qeyd olunub ki, bölgədəki Sualtı Müdafiə (SAS) qrupları hadisə yerinə cəlb olunub, minanın zərərsizləşdirilməsi üçün müdaxiləyə başlanıb.

Milli.Az