Rusiya Mariupolun cənub istiqamətində üstünlük qazanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində Rusiya qüvvələrinin işğal olunmuş Ukrayna ərazilərindəki mövqelərində ciddi dəyişiklik baş verməyib.
Davam edən maddi-texniki çatışmazlıqlar və ukraynalıların müqaviməti Rusiya hərbçiləri arasında mənəvi vəziyyətə və onların hərəkət sürətinə təsir edir.
"Rusiya şiddətli döyüşlərin davam etdiyi Mariupol cənub istiqamətində üstünlük əldə edib", məlumatda qeyd olunub.
Milli.Az