Rusiya ordusu Ukraynada neft bazalarını vurur

28 Mart 2022 12:42

Rusiya silahlı qüvvələri Ukraynanın Volın şəhərində yerləşən neft bazalarını raket atəşinə tutub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Volın şəhərinin hərbi vilayət administrasiyasının rəhbəri Yuri Poqulyayko Teleqram kanalında məlumat yayıb.

"Volında partlayışlar baş verir. Sığınacaqlarda qalın. Daha çox informasiya veriləcək", - deyə vilayət rəhbəri bildirib.

Milli.Az