İmran Xan: Pakistana qarşı planlar hazırlandı!

28 Mart 2022 17:18

Pakistan iqtisadiyyatını təsirləndirmək üçün xaricdən müxtəlif planlar hazırlandı.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan deyib.

"İnsanlarımızın bir qismi hökuməti devirmək üçün istifadə olundu. Bunun arxasında kimin dayandığını bilirik. Millətin önündə açıqlanacaq bir çox şey var, amma doğru zamanda..." - Xan bildirib.

Milli.Az