İlon Mask yeni sosial şəbəkə yaradacaq?

28 Mart 2022 17:06

Amerikalı iş adamı İlon Mask yeni sosial şəbəkə yaratmaq barədə ciddi düşündüyünü bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "İlon Mask, siz yeni sosial şəbəkə yaratmağı düşünürsünüz? Açıq mənbə alqoritmi ilə çalışacaq, söz azadlığına hörmətlə yanaşacaq, təbliğatın minimal olduğu bir şəbəkə. Düşünürəm ki, belə bir platforma lazımdır", - deyə "Twitter" istifadəçilərindən biri ona sual ünlanlayıb.

Mask isə cavabında "Mən bu barədə ciddi düşünürəm", - deyə qeyd edib.

Milli.Az