NATO-nun gəmiləri Estoniyaya hərbi texnika gətirib

28 Mart 2022 08:24

NATO ölkələrinin gəmiləri Estoniyaya hərbi texnika və ləvazimat gətirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, Birləşmiş Ekspedisiya Qüvvələrinin gəmiləri Birləşmiş Krallığın və Danimarkanın gəmilərini müşayiət edib. Gəmilər NATO-nun döyüş qrupunun ehtiyatlarını artırmaq üçün Estoniyaya hərbi texnika və ləvazimat gətirib.

Milli.Az