“Ümid edirik görüşlər Rusiya və Ukrayna arasında sülhə gətirib çıxaracaq“

27 Mart 2022 23:42

Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü nəticəsində Rusiya-Ukrayna nümayəndə heyətləri Türkiyədə görüşəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Baş diplomat tərəflərin Türkiyəyə göstərdiyi etimadın doğurduğu məsuliyyətinin fərqində olduğunu vurğulayıb: "Ümid edirik ki, görüşlər daimi atəşkəsə nail olmaqla nəticələnəcək və sülhə gətirib çıxaracaq".

Milli.Az