Türkiyədə erməni jurnalisti qətlə yetirən şəxs Qırğızıstanda ələ keçdi

27 Mart 2022 22:09

Jurnalist və ictimai xadim Hrant Dinkin qətli işi üzrə məhkum edilən Əhməd İskəndər Türkiyəyə gətirilib və həbs olunub.

Erməni media nümayəndəsinə qarşı sui-qəsddə istifadə edilən silahın və cib telefonunun sahibi Qırğızıstanda yaxalanıb.

Xatırladaq ki, Hrant Dink "Aqos" qəzetinin baş redaktoru olub.

O, 2007-ci ilin 19 yanvar tarixində İstanbulda işlədiyi redaksiya binası qarşısında öldürülüb.

Milli.Az