Rusiya Ukraynanın 2 bölgəsini özünə birləşdirir

27 Mart 2022 21:42

"Yaxın vaxtlarda "LXR"-də Rusiyaya birləşmək üçün referendum keçirilə bilər".

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu sözləri Qondarma Luqansk rejiminin başçısı Leonid Paseçnik deyib.

Eyni zamanda "Donetsk XR" da Rusiyanın tərkibinə qatılmaq niyyətindədir.

Rusiyalı senator Andrey Klişas da onların mövqeyini dəstəkləyib:

"Luqansk və Donetsk Xalq Respublikalarının Rusiyaya birləşmək barədə qərar vermək hüququ var, əgər bu onların konstitusiyalarına zidd deyilsə, birləşə bilərlər".

Milli.Az