Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə bu gün rus jurnalistlərə müsahibə verib.
Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, müsahibə təxminən 2 saat davam edib.
Ukrayna Prezidenti Rusiyanın "Meduza" saytının baş redaktoru İvan Kolpakov, "Dojd" telekanalının baş redaktoru Tixon Dzyadkonun, yazıçı və jurnalist Mixail Zıqarın, "Kommersant"ın müxbiri Vladimir Solovyovun suallarını cavablayıb.
Müsahibə Ukraynada yayılandan sonra, Rusiya tərəfi həmin müsahibəni Rusiya media məkanında yaymağı qadağan edib.
Milli.Az