101 yaşında diplom aldı

27 Mart 2022 21:04

ABŞ-ın Qərbi Virciniya ştatında yaşayan Merill Pitman Kuper xəyalı ilə yaşadığı lisey diplomunu 101 yaşında alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Kuper uğurlu karyeraya malik olsa da, diplomu olmadığı üçün peşmanlıq hiss edib.

Kuperin ailəsi 2018-ci ildə "Jefferson County Schools"la əlaqə yaradıb.

"Harpers Ferry" Milli Tarix Parkı, "Storer College" Milli Məzunlar Dərnəyi və Qərbi Virciniya Təhsil Nazirliyinin birgə səyləri ilə Kuperin arzusu həyata keçib.

Martın 19-da ona fəxri diplom verilib və ailəsinin də iştirakı ilə xüsusi məzuniyyət mərasimi təşkil edilib.

Qeyd olunub ki, Kuper 1934-1938-ci illərdə "Storer College"də təhsil alıb, amma maddi səbəblərdən təhsilini dayandırmaq məcburiyyətində qalıb.

Milli.Az