"Barselona" "Qalatasaray"ın qapıçısı üçün qərarını verdi

27 Mart 2022 18:45

"Barselona" "Qalatasaray"a icarəyə verdiyi İnaki Penanı satmayacaq.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Kataloniya klubu  23 yaşlı qolkiperə Mark-Andre Terstegenin əvəzləyicisi kimi baxır. Həmçinin İspaniya nəhəngi yeni qapıçıya pul xərcləməmək üçün bu addımı atıb.

Qeyd edək ki, Pena bu mövsüm "cim-bom"un heyətində 8 matçda meydana çıxıb.

Milli.Az