Finlandiya Rusiyadan yük qatarlarının qəbulunu dayandırır

27 Mart 2022 18:37

Finlandiyanın "VR Transpoint" dəmiryolu şirkəti bu gün günortadan Rusiyadan yük qatarlarının qəbulunu dayandırır.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyadan yük qatarlarının qəbulu növbəti bildiriş elan olunana qədər dayandırılır.

Bu, "Rusiya Dəmir Yolları" şirkətinin ABŞ və Avropa İttifaqının sanksiya siyahısında yer alması ilə bağlıdır.

Milli.Az