Arestoviç: "Kiyev, Xarkov və Odessa rus qoşunları tərəfindən tutulmayacaq"

27 Mart 2022 17:37

Rusiya qoşunları "Donbasın azad edilməsinə" cəmləşib, Kiyev, Xarkov və Odessanı tutmayacaqlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyada böyük şəhərləri ala bilməyəcəklərini anlayırlar və buna görə də diqqətləri Donbasa cəmləyir.

"Bir-iki həftə ərzində Rusiya qoşunlarını Kiyev və Xarkov vilayətlərindən çıxararaq Donbasa köçürəcək. Onlar böyük şəhərləri ala bilməyəcəklərini anlayıblar", - deyə Aretoviç bildirib.

Eyni zamanda o, rus qoşunlarının Kiyev, Xarkov və Odessanı tutmayacağına işarə edib.

"Onların indi üç vəzifəsi var: qoşunlarımızı mühasirəyə almaq, Mariupolu tamamilə tutmaq və Cənubu saxlamaq. Əgər onlar Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək. Prosess Kiyevin, Xarkovun tutulması olmayacaq",- deyə Arestoviç bildirib.

Milli.Az