Almaniya İsraildən "Arrow 3" hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır

27 Mart 2022 17:07

Almaniya İsraildən yeni hava hücumundan müdafiə sistemi alır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə kansler Olaf Şolz Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn ilə müzakirə aparılıb.

"Arrow 3" hava hücmundan müdafiə sisteminin alınması haqqında sövdələşmə 2 milyard dollara başa gələcək.

Bildirilir ki, radar sistemləri Almaniyanın üç nöqtəsində yerləşdiriləcək.

"Radarlar o qədər güclüdür ki, qoruyucu sistem Polşanı, Rumıniyanı və ya Baltikyanı ölkələri də əhatə edə bilər",- deyə qəzet yazır.

Milli.Az