Zelenski NATO-dan tank və təyyarələr istəyib

27 Mart 2022 15:37

"NATO toz basmış təyyarələrinin bir faizini belə bizə vermir".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

Ukraynalı lider NATO-nu Kiyevə silah verməkdə qərarsız olmaqda ittiham edib.

Zelenski hesab edir ki, Ukraynanın təhlükəsizliyi bütün Avropanın təhlükəsizliyinə bərabərdir.

"Bu, bizim tərəfdaşlarımızda var və onlar sadəcə toz-torpaq olurlar. Bütün NATO təyyarələrinin tanklarının bir faizi yalnız bir faizini istəyirik. Biz daha çoxunu istəmirik. Sadəcə bir faizini istəyirik"-,deyə Zelenski bildirib.

Onun fikrincə, Kiyevi silahla təmin etmək zərurəti təkcə Ukraynanın deyil, həm də Avropa əhalisinin mütləq əksəriyyətinin mövqeyidir.

Milli.Az