Rusiyanın silah anbarı vuruldu

26 Mart 2022 23:51

Ukrayna əsgərləri Çerniqov yaxınlığındakı Vişnevoe kəndi yaxınlığında düşmənin döyüş sursatı və texnikasıilə dolu olan anbarı dəqiq atəşlə vurublar.

Bu barədə "Ukrinform" məlumt yayıb.

Həmçinin Ukrayna dövlət yayımçılarının siqnalını pozan Rusiyanın elektron müharibə texnikası məhv edilib. Nəticədə, Ukrayna radiosunun yayımı artıq bərpa olunub.

Xatırlada ki, bir gün əvvəl, martın 25-də Çerniqov vilayətində Ukrayna hərbçiləri rusların daha bir kolonnasını darmadağın edib.

Milli.Az