ABŞ Ermənistanı cəzalandıra bilər

26 Mart 2022 22:13

ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiklərinə görə bir sıra ölkələri cəzalandıra bilər.

Milli.Az Financial Times-a istinadən bildirir ki ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanı dediyinə görə, bəzi ölkələr Rusiya Federasiyasına qarşı tətbiq olunmuş sankasiyalardan yayınmağa və onların təsirini azaltmağa çalışan Moskvaya yardım edirlər.

Söhbət Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandan gedir.

Adları çəkilən ölkələr sanksiyaların şərtlərinə əməl etməsələr, ABŞ tərəfindən cəzalandırıla bilər.

Milli.Az