Gəncədə yaşlı kişi özünü binadan atıb

26 Mart 2022 20:36

Gəncə şəhərində intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

İlkin məlumata görə, təxminən 60-70 yaşlarında kişi özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

İlkin məlumata əsasən ,intihar edən şəxs uzun sürən xəstəlikdən əziyyət çəkib.

Milli.Az