Məşhur televangelist: İncildə var, Putinin əsl məqsədi...

27 Mart 2022 16:15

Putin Ukraynanı müvəqqəti düşərgə kimi istifadə edir, əsl məqsədi İsraildir. Qarşı sahildə Ərdoğan, Türkiyə var. Aralarında da Çanaqqala boğazı mövcuddur, oraya körpü quracaq. İncili oxuyun, bunlar olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri dünyanın məşhur televangelistlərindən (televiziyada təbliğat yolu ilə missionerliklə məşğul olan adam) Pat Robertson ABŞ-ın CBN kanalında Rusiya-Ukrayna müharibəsi haqqında çıxışı zamanı deyib.

Qeyd edək ki, CBN kanalı (Xristian Yayım Şəbəkəsi) amerikalı mühafizəkar yevangelistlər tərəfindən qurulub, əsasən bu istiqamətdə təbliğatla məşğul olur.

Milli.Az