Tovuzda 17 yaşlı qız dəm qazından zəhərlənib

26 Mart 2022 18:30

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Qaraxanlı kəndində baş verib.

2006-cı il təvəllüdlü A.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 17 yaşlı yeniyetmə qız yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Milli.Az