Gürcüstanda koronavirusdan daha 6 nəfər ölüb

26 Mart 2022 17:07

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 658 yoluxma halı qeydə alınıb, 6 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 645 959, ölənlərin sayı isə 16 704 nəfərə çatıb.

Virusa yoluxanlardan 1 615 166 nəfərin sağaldığı bildirilib.

Milli.Az