Belçika parlamenti buraxıldı

7 May 2010 10:35
Milli.Az "İTAR-TASS"a istinadən xəbər verir ki, Nümayəndələr palatasının artıq sabiq spikeri Patrik Deval növbədənkənar seçkinin iyunun 13-nə təyin edildiyini açıqlayıb.
Qeyd edək ki, Belçikada hakim koalisiyanın dağılması və hökumətin istefaya getməsindən sonra parlamentin də buraxılacağı gözlənilən idi. Ölkədə siyasi böhrana səbəb isə Belçikanın fərqli dillərdə danışan iki icması arasında yaranmış problemdir. Ekspertlər isə seçkinin də bu problemi həll edə bilməyəcəyi qənaətindədir. Çünki onların arasında əsas fikir ayrılığı parlamentdəki təmsilçiliklə bağlıdır. Bu yerlərin sayı isə konstitusiya əsasında müəyyən edilib.

Milli.Az