Martın 25-də Donetsk və Luqansk istiqamətlərində Ukrayna hərbçiləri rus qoşunlarının 9 hücumunun qarşısını alıblar.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.
"Ukrayna ordusu düşmənin 8 tankını, 17 zirehli texnikasını və 11 avtomobilini məhv edib. Rusların ümumi canlı itkisi 170 nəfər təşkil edib. Hava hücumundan müdafiə qüvvələri Donbas səmasında düşmənin 3 təyyarəsini və 3 "Orlan-10" PUA-sını zərərsizləşdirib", - məlumatda qeyd olunub.
Milli.Az