ABŞ hakimiyyəti G20-yə sədrlik edən İndoneziya və digər tərəfdaşlarla Rusiyanın bu assosiasiyadan çıxarılmasının mümkünlüyü ilə bağlı məsləhətləşmələri davam etdirmək niyyətindədir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"ABŞ Prezidenti Co Bayden çox aydın şəkildə bildirib ki, Rusiya G20-nin tamhüquqlu üzvü olmamalıdır. O, həmçinin qeyd edib ki, İndoneziya sədrdir və hər şeyə başqa cür baxa bilər", - deyə Bayden bildirib.
Milli.Az