Gözəlliyi üçün mənfi 103 dərəcəyə dözdü - FOTO

26 Mart 2022 15:07

Hazırda "Destan" serialında rol alan aktrisa Ebru Şahin son paylaşımı ilə hər kəsi təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Nişantaşında getdiyi gözəllik mərkəzlərindən birində soyuq otaq prosedurundan istifadə edib. Şahin mənfi 103 dərəcədə 3 dəqiqə dözüb.

Qeyd edək ki, sözügedən prosedurdan Cennifer Eniston, Rihanna və Cennifer Lopez kimi məşhur ulduzlar da istifadə edir.

Milli.Az