Zərdab rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Gödəkqobu kəndində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Rüstəmov Münasib Salam oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması və kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az