Bakıda ər arvadını döyüb

26 Mart 2022 08:42

Bakıda döyülmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü N. Əliyeva yaşadığı evdə əri tərəfindən döyülüb.

Qadın müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az