ABŞ Ukraynaya müasir silahlar göndərməyə hazırlaşır

26 Mart 2022 07:55

"ABŞ Ukraynaya müasir hava hücumundan müdafiə sistemləri göndərmək üçün Avropa və digər regionlardakı tərəfdaşları ilə işləyir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Vaşinqton, həmçinin, tərəfdaşları ilə Ukraynaya sahil mühafizəsi, o cümlədən, gəmi əleyhinə raketlərin göndərilməsi perspektivlərini müzakirə edir.

Sallivan bununla belə qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin tank ilə təmin edilməsi ilə bağlı ABŞ-a müraciət etməyib.

Milli.Az