Makron qazın dəyərinin rublla ödənilməsini istəmir

26 Mart 2022 08:58

Fransa Prezidenti Emmanuel Makron Rusiyadan idxal edilən qazın dəyərinin dollarla ödənilməsinə qarşı çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Fransa lideri bildirib ki, bu yanaşma müqaviləyə ziddir.

"Rusiya qazının dəyəri müqavilədə göstərilmiş valyuta ilə ödənilməlidir. Söhbət avrodan gedir" - deyə Makron qeyd edib.

Dövlət başçısı eyni zamanda təbii qazın qiymətinin aşağı salınmasınında prioritet olduğunu vurğulayıb.

Milli.Az