Rusiyaya qarşı əlavə sanksiyalar olacaq

26 Mart 2022 08:18

Avropa İttifaqı liderləri Ukraynada vəziyyətin daha da ağırlaşacağı təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən zirvə görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz əlavə sanksiyalara hazırlıqlara başladıq. Biz vacib və koordinasiyalı iş gördük.Vəziyyət daha da pisləşəcəyi tədqdirdə sanksiyalar da hazır olacaq" - deyə Makron vurğulayıb.

Fransa lideri eyni zamanda Moskva ilə dialoq kanallarının açıq olmasının da vacibliyini qeyd edib.

Milli.Az