ABŞ Ukraynaya ilk silah yardımını çatdırıb

25 Mart 2022 22:44

ABŞ Ukraynaya silah yardımının ilk partiyasını çatdırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

"Bu 800 milyon dollarlıq yardıma aiddir. Bu gün regiona ilk reys yerinə yetirilib. İlk partiya yola salınıb", - deyə Pentaqon rəsmisi dəqiqləşdirib.

Milli.Az