Bakıda quldur dəstəsi tutuldu
7 May 2010 10:24
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, mayın 5-də naməlum şəxslər Nobel prospektində Süleyman Mərdanova bıçaqla hədə-qorxu gəlməklə onun 155 manatını və mobil telefonunu alıblar.
Keçirilən tədbirlər nəticəsində S.Mərdanova qarşı quldurluq edənlər - Üzeyir Ziyadov, Rüfət Xanlarov, Məmməd Məlikov və Elməddin Ağayev Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az