Bayden Polşada hərbçilərlə pizza yedi - FOTO

25 Mart 2022 20:35

ABŞ Prezidenti Co Bayden Polşaya səfəri çərçivəsində Jeşuv şəhərində yerləşən ABŞ-ın 82-ci hava-desant diviziyasını ziyarət edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Bayden amerikalı hərbçilərlə söhbət etdikdən sonra onlarla birgə pizza ilə nahar edib. 

Görüşün görüntülərini isə CNN telekanalı yayıb. 

Bayden hərbçilərlə görüşündən sonra Ukraynada humanitar vəziyyətə həsr olunan toplantıya yollanıb. Bunun ardınca isə Bayden və Polşa Prezidenti Andjey Duda arasında danışıqlar keçiriləcək.

Milli.Az