Putin Çubaysı vəzifəsindən azad etdi

25 Mart 2022 19:34

Rusiya Prezidenti Vladimir Putin Anatoli Çubaysın dövlət başçısının davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Prezident Anatoli Çubaysın vəzifəsindən azad edilməsi barədə fərman imzaladı", - deyə Peskov bildirib. 

Qeyd edək ki, martın 23-ü Qərb mediası öz mənbələrinə istinadən A.Çubaysın öz vəzifəsindən istefa verərək, Rusiyanı tərk etdiyini yazıb. Bildirilib ki, buna səbəb Çubaysın Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə razılaşmaması olub.

Milli.Az