Baş Qərargah: Rusiyanın Ukraynadakı hərbi əməliyyatları sonadək icra ediləcək

25 Mart 2022 18:45

Rusiyanın Ukraynada hərbi xüsusi əməliyyatı sonadək icra ediləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya Federasiyası Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqlar tam yerinə yetirilənə qədər xüsusi hərbi əməliyyatın planlı şəkildə keçirilməsini davam etdirəcək", - deyə Rudskoy vurğulayıb.

Milli.Az