İspaniya prokurorluğu krallıqda korrupsiya və mütəşəkkil cinayət işlərində əli olduğu iddia edilən Rusiyanın 47 vətəndaşını müəyyən edib.
Milli.Az report-a istinadən bildirir ki, bu barədə "Periodico" qəzeti məlumat yayıb.
Məlumata görə, onların bir çoxu hazırda İspaniya məhkəmələrində ittiham olunmur. Bundan başqa, prokurorluq iddia edilən cinayətlərdə əli ola biləcək 10-a yaxın hüquqi şəxs müəyyən edib.
Siyahıya sahibkarlar Mixail Fridman, İlya Traber, kriminal avtoritet Zaxari Kalaşov (Şakro Molodoy) və başqaları daxildir.
Martın əvvəlindən İspaniyada qeyri-qanuni fəaliyyətlə məşğul olan Rusiya vətəndaşları haqqında məlumat toplamağa başlayıb.
Milli.Az