Ukraynanın daha 4 yaşayış məntəqəsinə "qəhrəman şəhər" fəxri adı verilib

25 Mart 2022 12:02

Ukraynanın daha 4 yaşayış məntəqəsinə "qəhrəman şəhər" fəxri adı verilib.

Milli.Az UNİAN-a istinadən bildirir ki, Ukrayna prezidentinin rəsmi saytının məlumatına görə, bununla bağlı Vladimir Zelenski müvafiq sərəncam imzalayıb.

№164/2022 nömrəli Fərmana görə, "qəhrəman şəhər" fəxri adı Kiyev vilayətinin Buça, İrpen şəhərləri, həmçinin Nikolayev vilayətinin eyniadlı şəhəri və Sum vilayətinin Axtırka şəhərlərinə verilib.

Aslan Məmmədov
Milli.Az