Dünən Amsterdamdaydılar, bu gün ayrıldılar

25 Mart 2022 13:52

Türkiyəli müğənni İrem Dericini sevgilisi 35 yaşı münasibətilə Amsterdama aparmışdı.

Milli.Az olay-a istinadən xəbər verir ki, günlərdir oradan paylaşımlar edən cütlük ayrılıb.

İrem Cemlə birlikdə olan paylaşımları səhifəsindən silib, onlar bir-birini İnstaqramda izləmədən də çıxarıb.

Qeyd edək ki, sevgililər bir dəfə ayrılıb, yenidən barışmışdı. Cemin İremə xəyanət etdiyi bildirilirdi.

Milli.Az